Azərbaycanda KASKO sığorta üzrə ödənişlər 23% artıb

Azərbaycanda KASKO sığorta üzrə ödənişlər 23% artıb

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə cari ilin yanvar-fevral ayları ərzində toplam 10 milyon 254 min manat sığorta haqqı toplayıb.

BusinessTime Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 11,6% və ya 1 milyon 349 min manat azalıb. Ötən ilin ilk iki ayında KASKO sığorta üzrə 11 milyon 603 min manat sığorta haqqı toplanılmışdı.


Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 5 milyon 729 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 1 milyon 68 min manat çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 4 milyon 661 min manata bərabər olub.


Onu da bildirək ki, ötən ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 40.2 manatını ödənişə yönəltmişdirsə, ötən iki ayda bu rəqəm 55.9 manat təşkil edib.