Azərbaycanın 4 sığorta şirkəti geriləyib - SİYAHI
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətindən 4-nün yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
BusinessTime.az Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.
Sənədə əsasən, həmin şirkətlər “Atasığorta” “Azsığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” ASC-lərdir.
Qalan 12 sığorta şirkəti isə yığımlarını artıra bilib.
Son 1 ildə sığorta ödənişləri isə 16 şirkətdən 5-də azalıb. Bunlar, “A-Qrup Sığorta”, “İpək Yolu Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lərdir. Qalan 11 şirkətin ödənişləri artıb.

