Deputatın şirkətinin mühüm sənədləri itdi - Vergi borcu var

Deputatın şirkətinin mühüm sənədləri itdi

“Epotos-Bakı” MMC-yə məxsus mühüm sənədlər itib.

MMC-yə özəl tibb fəaliyyəti üçün verilən 12 fevral 2016-cı il tarixli İSN-332/2016 qeydiyyat nömrəli lisenziya və 12 fevral 2016-cı il tarixli İSN-332/2016/1 qeydiyyat nömrəli lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, “Epotos-Bakı” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəlilov Fərhad Vildan oğludur. Şirkətin hazırda 19 min 204 manat vergi borcu var.

Xatırladaq ki, iddialara görə, MMC Milli Məclisin deputatı Eldar Quliyevə və onun ailə üzvlərinə bağlıdır. Belə ki, sözügedən şirkətin hüquqi ünvanı (Nəsimi rayonu, Bülbül pr., ev 65 "A", m. 17) E. Quliyevin kürəkəni Səfərov Abbas Tofiq oğlunun adına olan digər şirkətlərlə eynidir.

Olke.az