"FİNCA Azərbaycan" BOKT 5 milyon manatlıq istiqraz buraxır
"FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
Söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.


