İSB-nin investisiya portfelinin dəyəri artıb - Xanım Camalova

İSB-nin investisiya portfelinin dəyəri artıb

İcbari Sığorta Bürosunun (İSB) dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib.

Bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

"Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə və zəmanət fondu üzrə effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizmlərinin qurulması üçün subroqasiya işinin təkmilləşdirilməsinə dair qaydalar və prosedurlar hazırlanaraq təsdiq edib. Nəticədə investisiya portfelinin dəyəri artıb. Belə ki, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub", - o qeyd edib.