"Qarabağ" - "FCSB" oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “FCSB" (Rumıniya) oyununun biletləri yanvarın 13-ü saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları