Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb

Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 493 milyon 673 min manat təşkil edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.


Kredit qoyuluşunun 326 milyon 836,9 min manatı və yaxud 66,2 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 16,2 % çoxdur.


Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 145 milyon 622,6 min manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 17,1 % çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 28,8 %-dən 29,5 %-ə yüksəlib.


Bu il aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 21 milyon 213,5 min manat olub. Bu, illik müqayisədə 18,8 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 4,3 %-ə enib.


Naxçıvanda 7 bank filialı və 4 BOKT fəaliyyət göstərir.///report