Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi

Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Aviasiya strategiyası və biznes təhlili şöbəsinə rəhbər təyin edilib.

BusinessTime bildirir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Şamil Müzəffərliyə həvalə olunub.

Ş.Müzəffərli bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baş məsləhətçi olaraq çalışıb.

Qeyd edək ki, AZCON Holdinq 2024-cü ildə yaradılıb. Holdinqin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, icraçı direktoru isə Şahin Babayevdir.