Türkanə Qasımova yeni vəzifəyə təyin edilib
SuperToys mağazalar şəbəkəsində yeni təyinat olub.
BusinessTime xəbər verir ki, Türkanə Qasimova SuperToys-un Rəqəmsal Marketinq üzrə komanda rəhbəri vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, SuperToys oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycan oyuncaq bazarında rəsmi olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.


