"Xalq Bank" nizamnamə kapitalını artırır

"Xalq Bank" nizamnamə kapitalını artırır

"Xalq Bank" ASC nizamnamə kapitalını 30 494 520 manat və yaxud 6,8 % artıraraq 446 599 506 manatdan 477 094 026 manata çatdırmağı planlaşdırır.

Kapital artımı Bankın dövriyyədə olan 3 630 300 ədəd səhminin nominal dəyərinin 123,02 manatdan 131,42 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.