Neftçalada Ulu Öndər Heydər Əliyevin 103 illiyi qeyd olunub

Neftçalada Ulu Öndər Heydər Əliyevin 103 illiyi qeyd olunub
10 may 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır" adlı tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti iştirak edib.
İlk olaraq tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Neftçala rayon Heydər Əliyev Mərkəzində "Şəhərsalma və Memarlıq İli" ilə bağlı təşkil olunan müsabiqə çərçivəsində gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan müasir körpü, bina və park maketləri dahi liderin ölkəmizdə əsasını qoyduğu quruculuq məktəbinin gənc nəsil tərəfindən böyük maraq və yaradıcılıqla davam etdirildiyini nümayiş etdirib.
 
Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qeyd edib ki,Heydər Əliyev təkcə siyasi lider və dövlət xadimi deyil, o, hər bir azərbaycanlının qəlbində qurub yaratdığı ideyaları ilə əbədi yaşayan böyük bir dövrün, milli intibahın simvoludur. Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, onu regionun lider dövlətinə çevirdi. Bu gün biz qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli və şanlı dövrünü yaşayır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı şəhərsalma işləri, "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri məhz Ulu Öndərin "Böyük Qayıdış" strategiyasının və quruculuq idealının real təntənəsidir. Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün dünyada sabitlik və inkişaf ölkəsi kimi tanınır. 
 
Daha sonra çıxış edənlər- Milli Məclisin deputatıTənzilə Rüstəmxanlı, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfəq Balaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəsi Gülər Mirzəyeva, Memarlıq və İnşaat Universitetinin tələbəsi Səfər Səfərov, veteran tikinti mühəndisi Nəriman Güləhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin ictimai-siyasi sabitliyinin təmin olunması və müasir inkişaf strategiyasının formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı yetişməsində mühüm rol oynadığı vurğulanıb, eyni zamanda onun milli mədəniyyətin, incəsənətin və tarixi irsin qorunmasına verdiyi töhfələrdən bəhs olunub. Qeyd edilib ki, bu gün ölkəmizdə həyata keçirilən abadlıq, memarlıq və mədəni quruculuq layihələri Heydər Əliyevin zəngin dövlətçilik irsinin və inkişaf strategiyasının uğurlu davamıdır.Eyni zamanda vurğulanıb ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin ölkənin inişafı və memarlıq sahəsindəki müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
 
Rəsmi hissənin sonunda dövlət qulluğunda uzun illər səmərəli fəaliyyət göstərmiş təqaüdçülərə Fəxri Fərmanlar təqdim edilib, "Şəhərsalma və Memarlıq İli" nə həsr olunmuş maket müsabiqəsinin qalibləri isə Təşəkkürnamələrlə təltif olunublar.
 
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə təqdim olunan, vətənpərvərlik ruhunda  və Ulu Öndərə həsr edilmiş musiqi nömrələrindən ibarət zəngin konsert proqramı ilə başa çatıb.
1
1
1
1
1
1
1