"Paşa Sığorta"nın xalis mənfəəti azalıb - HESABAT

"Paşa Sığorta"nın xalis mənfəəti azalıb

"Paşa Sığorta" şirkətinin 2025-ci ili dair mənfəət və zərər hesabatı açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 348 milyon 706 min manat təşkil edib. Bu, 2024-cü ildəki 346 milyon 937 min manat ilə müqayisədə 1 milyon 769 min manat və ya təqribən 0,5% artım deməkdir.

Əsas əməliyyat gəlirləri 356 milyon 531 min manat təşkil edərək, ötən illə müqayisədə 34 milyon 353 min manat (təqribən 10,7%) artıb.

İnvestisiya gəlirləri  2 milyon 348 min manat (11,9%) artımla 22 milyon 46 min manata yüksəlib..

Digər gəlirlər illik müqayisədə 1 milyon 857 min manat (təqribən 38,9%) azalma ilə 2 milyon 910 min manata düşüb.

Şirkətin cəmi xərcləri 2025-ci ildə 298 milyon 867 min manat təşkil edib. Bu, 2024-cü ildəki 299 milyon 837 min manat ilə müqayisədə 970 min manat və ya 0,3% azalma deməkdir.

Xərclərin detalları aşağıdakı kimidir:

Əsas əməliyyat xərcləri: 222 milyon 601 min manata düşüb ki, bu da illik müqayisədə 10 milyon 039 min manat, başqa sözlə 4,3% azalma deməkdir.

İşlərin aparılması xərcləri 76 milyon 151 min manat təşkil edərək, 2024-cü ilə nəzərən 10 milyon 402 min manat və ya  15,8% artıb.

Digər xərclər 114 min manata bərabər olub. Son bir il ərzində bu xərclər 1 milyon 333 min manat 12,7 dəfə azalıb.

Hesabat dövründə sığorta şirkətinin maliyyə mənfəəti  49 milyon 840 min manat təşkil edib. Bu, 2024-cü ildəki 47 milyon 99 min manat ilə müqayisədə 2 milyon 741 min manat və ya 5,8% çoxdur.

Mənfəət vergisi xərcləri  9 milyon 246 min manat olub. Bu, əvvəlki illə müqayisədə 4 milyon 177 min manat (81,7%) artıqdır.

Bütün bu dəyişikliklərdən sonra, "Paşa Sığorta"nın xalis mənfəəti 2025-ci ildə 40 milyon 594 min manat təşkil edib. Bu, 2024-cü ildəki 42 milyon 031 min manat ilə müqayisədə 1 milyon 437 min manat (təqribən 3,4%) azalma deməkdir.

Xatırladaq ki, "Paşa Sığorta" şirkəti 2024-cü ili 42 milyon 31 min manat xalis mənfəətlə başa vurmuşdu.