"Qala Sığorta”nın zərərliliyi artdı

2025-ci ilin yanvar-dekabr aylarında “Qala Sığorta” ASC-nin yığımlarında 411 min manat və ya 0,51% azalma müşahidə olunub.

Sığorta şirkəti sözügedən dövrdə 78 milyon 940 min min manat dəyərində sığorta haqqı toplayıb.


2024-cü ilin eyni dövründə şirkətin topladığı sığorta haqqı 79 milyon 351 min manat olub.


Şirkətin sığorta ödənişlərinə gəldikdə isə “Qala Sığorta” ASC ilk 12 ayda 27 milyon 67 min manat sığorta ödənişi edib.


2025-ci ilin yanvar-dekabr aylarında şirkətin sığorta ödənişlərində 9 milyon 716 min manat dəyərində və ya 55,99% artım olub. Belə ki, 2024-cü ilin eyni dövründə sığorta şirkətinin ödənişləri 17 milyon 351 min manat olub.


Qeyd edək ki, “Qala Sığorta” ASC cari ilin yanvar-dekabr aylarında hər 100 manatdan 34,28 manatı ödənişə ayırıb. 2024-cü ilin eyni dövründə isə sığorta şirkəti hər 100 manatdan 21,86 manatı ödənişə ayırıb. (Valyuta.az)