“Rəqəmsal Biologiyanın innovativ tədrisi: Simulyasiya əsaslı yanaşmalar”

“Rəqəmsal Biologiyanın innovativ tədrisi: Simulyasiya əsaslı yanaşmalar”
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Rəqəmsal Biologiyanın innovativ tədrisi: Simulyasiya əsaslı yanaşmalar” layihəsinin təlimləri davam edir.
 
Layihənin məqsədi biologiya fənninin tədrisində rəqəmsal interaktiv metodların tətbiqini təşviq etməklə VIII-IX sinif şagirdlərinin Phet platformasından istifadəyə dair bilik və bacarıqlarını formalaşdırmaq, həmçinin bu resursların ümumtəhsil müəssisələrində tətbiq imkanlarını geniş ictimai müzakirəyə çıxarmaqdan ibarətdir.
 
Layihədə çərçivəsində 20 şagird üçün həftədə 2 dəfə olmaqla ümumilikdə 48 saatlıq təlimlər keçirilir. Təlimlərdə şagirdlər Phet platformasında tərcümə edilmiş biologiya mövzularına dair praktik məşğələlərdə iştirak edərək, mövzulara dair tapşırıqları interaktiv şəkildə yerinə yetirirlər. Bu da biologiya fənnini mənimsəməni asanlaşdırır.
 
 
Qeyd edək ki, platformadan tədris edilən dərs proqramı şagirdlərin layihəyə başlamadan öncə keçirilmiş diaqnostik qiymətləndirilmələrinin nəticələrinə uyğun olaraq hazırlanıb. Layihənin nəticələrinin ölçülə bilən olması üçün təlimlərin sonunda daha bir diaqnostik qiymətləndirmə keçiriləcək.
 
Layihə Qazax şəhəri İ.Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Gülnarə Hadıyeva tərəfindən icra olunur.
1
1
1
1
1
1