“Şagirdlər rəqəmsal dublajda” layihəsinin təlimləri davam edir

“Şagirdlər rəqəmsal dublajda” layihəsinin təlimləri davam edir
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Şagirdlər rəqəmsal dublajda” layihəsinin təlimləri davam edir.
 
Layihə çərçivəsində 8–11-ci siniflərdə təhsil alan 20 şagird üçün süni intellekt texnologiyalarının dublaj sahəsində tətbiqinə həsr olunmuş 24 təlim keçirilir. 
 
Təlimlər zamanı şagirdlər süni intellekt əsaslı dublaj platformaları ilə tanış olur, müvafiq bilik və praktiki bacarıqlar əldə edirlər. Təlimlərin yekununda isə şagirdlər fərdi və qrup şəklində video dublaj nümunələri hazırlayaraq təqdim edəcəklər. 
 
Layihənin əsas məqsədi şagirdlərin süni intellekt texnologiyalarından istifadə etməklə video dublaj sahəsində bilik və bacarıqlarını artırmaq, onların rəqəmsal savadlılığını və yaradıcı kompetensiyalarını inkişaf etdirməkdir.
 
Qeyd edək ki, layihə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta ümumtəhsil məktəbində Azadə Hənifəyeva tərəfindən icra olunur.
1
1
1
1
1
1