“Xəritədən simulyasiyaya: coğrafiyanı PhET ilə kəşf et!” layihəsi yekunlaşdı
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Xəritədən simulyasiyaya: coğrafiyanı PhET ilə kəşf et!” layihəsi çərçivəsində təşkil olunan təlimlər uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi coğrafiya fənnində mürəkkəb anlayışların daha asan mənimsənilməsini təmin etmək və tədrisin effektivliyini artırmaq olub. Bu məqsədlə interaktiv simulyasiyalar əsasında tətbiqi öyrənmə mühiti yaradılaraq şagirdlərin fənnə marağının arrılması, anlama səviyyəsinin yüksəldilməsi və praktik bacarıqlarının inkişafı hədəflənib.
Layihə çərçivəsində 20 nəfər şagird üçün ümumilikdə 48 saatlıq təlim proqramı həyata keçirilib. Son mərhələdə isə VIII, IX və X sinif şagirdlərinin bilik səviyyəsini qiymətləndirmək məqsədilə yekun test imtahanının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Hacıqabul şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və coğrafiya müəllimi Tərlan Qasımov tərəfindən icra olunub.


