“FINCA Azerbaijan”ın kredit portfeli 5% kiçilib, öhdəlikləri isə 7% artıb

“FINCA Azerbaijan”ın kredit portfeli 5% kiçilib, öhdəlikləri isə 7% artıb

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin birinci yarısını 998,52 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185,31 min manat və ya 22,8% çoxdur. Ötən ilin ilk altı ayında təşkilatın xalis mənfəəti 813,21 min manat təşkil edib.

Təşkilatın maliyyə hesabatına əsasən, 2026-cı il iyunun 30-na aktivlərinin həcmi 75 milyon 344,34 min manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövründəki 72 milyon 80,73 min manatla müqayisədə 3 milyon 263,61 min manat və ya 4,5% artıb.

Hesabat dövründə “FINCA Azerbaijan”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 65 milyon 552,57 min manat təşkil edib.

2025-ci ilin eyni dövründə bu göstərici 69 milyon 11,60 min manat olub. Beləliklə, təşkilatın ümumi kredit portfeli 3 milyon 459,03 min manat və ya 5% azalıb.

Təşkilatın xalis kredit portfeli 2025-ci ilin birinci yarısının sonundakı 64 milyon 162,99 min manatdan 2026-cı ilin eyni dövründə 60 milyon 887,16 min manata düşüb. Azalma 3 milyon 275,83 min manat və ya 5,1% təşkil edib.

“FINCA Azerbaijan”ın öhdəlikləri 7% artıb

2026-cı ilin birinci yarısının sonunda BOKT-un cəmi öhdəlikləri 56 milyon 888,32 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 53 milyon 174,52 min manat olub.

Beləliklə, öhdəliklər 3 milyon 713,80 min manat və ya 7% artıb.

Təşkilatın banklardan cəlb etdiyi kreditlərin həcmi 2025-ci ilin müvafiq dövründəki 1 milyon 403,62 min manatdan 9 milyon 42 min manata yüksəlib. Artım 7 milyon 638,38 min manat və ya 544,2% təşkil edib.

Kapitalı 2,4% azalıb

“FINCA Azerbaijan”ın cəmi kapitalı 2026-cı ilin iyunun 30-na 18 milyon 456,02 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 18 milyon 906,21 min manat olub.

Beləliklə, təşkilatın kapitalı 450,19 min manat və ya 2,4% azalıb.

Bölüşdürülməmiş xalis mənfəət isə 15 milyon 150,21 min manatdan 14 milyon 700,02 min manata enib. Bu, 450,19 min manat və ya 3% azalma deməkdir.

Faiz gəlirləri azalıb,faiz xərcləri artıb

2026-cı ilin ilk altı ayında “FINCA Azerbaijan”ın faiz gəlirləri 10 milyon 102,17 min manat təşkil edib.

Ötən ilin eyni dövründə bu göstərici 10 milyon 349,26 min manat olub. Beləliklə, faiz gəlirləri 247,09 min manat və ya 2,4% azalıb.

Faiz xərcləri isə 2025-ci ilin birinci yarısındakı 3 milyon 421,50 min manatdan 3 milyon 628,72 min manata yüksəlib.

Artım 207,22 min manat və ya 6,1% təşkil edib.