“Qızıl Qaya” restoranında təhlükəli bakteriyalar aşkarlandı

“Qızıl Qaya” restoranında təhlükəli bakteriyalar aşkarlandı

Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb.

Agentliyin əməkdaşları tərəfindən müəssisədə keçirilən plandankənar yoxlama zamanı ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması prosesində bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib.

Laborator müayinələr zamanı çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria (listeria monocytogenes), paytaxt salatında isə E.coli (escherichia coli) bakteriyaları aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb.