AYNA mətbəə və çap mallarının alqı-satqısına 244 min xərc planlaşdırıb

AYNA mətbəə və çap mallarının alqı-satqısına

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbəə və çap mallarının satınalması ilə əlaqədar hazırlıqlara başlayıb.

Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.

Belə ki, qurum sözügedən alqı-satqı ilə bağlı şirkət axtarışına çıxıb.

Sözügedən malların satınalınmasına 244 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.