SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bu ilin yanvar-avqust aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 207,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65 milyon dollar və ya 23,9 faiz azdır.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 272,3 milyon dollar olub.