Auditorlar Palatasının sədri özünə yeni müşavir təyin etdi

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov özünə yeni müşavir təyin edib.

BusinessTime xəbər verir ki, bununla bağlı o, müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şamxal Kərimov sədri elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Kərimov 1993-cü il fevralın 5-də Ağstafa rayonunda anadan olub. O, 2021-ci ildən Auditorlar Palatasının üzvüdür və müvafiq icazə əsasında auditor fəaliyyəti ilə məşğul olur.

iqtisadiyyat.az