“Bank Avrasiya” bu il 4 milyon manat mənfəətdən vergi ödəməyib

“Bank Avrasiya” bu il 4 milyon manat mənfəətdən vergi ödəməyib

“Bank Avrasiya” ASC 2026-cı ilin yanvar-sentyabr aylarında 3,996 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, maliyyə hesabatında mənfəət vergisi üzrə xərc göstərməyib. 

Bu, bankın cari ilin ilk 9 ayı üzrə maliyyə göstəricilərindən məlum olur.

Hesabat dövründə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 30% və ya 1,709 milyon manat azalıb.

Belə ki, “Bank Avrasiya” 2025-ci ilin yanvar-sentyabr aylarında 5,705 milyon manat xalis mənfəət əldə edib. 

Qeyd edək ki, “Bank Avrasiya” bu ilin doqquz ayı üzrə xalis mənfəətdən mənfəət vergisi ödəməyən 6 bankdan biridir. 

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb və Azərbaycan Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 71,8 milyon manat təşkil edir. Səhmlərinin 49,5%-i “Azbizneskom” MMC-yə, 49,5%-i “Top Properties” MMC-yə, 1%-i isə Rüstəm Eynullayevə məxsusdur.