“Amnistiya təşəbbüsü suveren dövlətçiliyin insanlığa dayanan təsdiqidir” - ŞƏRH
“Konstitusiya və Suverenlik İli” münasibətilə Möhtərəm prezident cənab İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsü dayanıqlı dövlətçilik ənənələrinin bariz nümunəsidir. Bu addım göstərir ki, Azərbaycan dövləti suverenliyini yalnız qorumaqla kifayətlənmir, onu Konstitusiyanın ruhu, humanizm və vətəndaşa inam üzərində möhkəmləndirir. Bir vətəndaş olaraq mən bu siyasəti güclü, ədalətli və gələcəyə hesablanmış dövlət mövqeyi kimi qəbul edir və dəstəkləyirəm. 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elanı xalqımız tərəfindən yalnız rəsmi qərar kimi deyil, dövlətçiliyimizin şərəfli və mürəkkəb yolunun real nəticəsi olaraq qarşılandı. Bu qərar bir daha sübut etdi ki, dövlət üçün Konstitusiya yalnız hüquqi sənəd deyil, vətəndaşla dövlət arasındakı etimad, suverenlik isə reallığa söykənən yüksək dəyərdir. Cənab İlham Əliyevin “suverenlik bizim üçün formal anlayış deyil, real və dönməz dəyərdir” fikri bu həqiqəti açıq şəkildə ifadə edir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlət quruculuğunun başlanğıcı kimi insan hüquq və azadlıqlarını dövlət siyasətinin mərkəzinə çəkdi. Müstəqil dövlətimizin əsas meyarı isə Ulu Öndər Heydər Əliyevin başlıca olaraq qarşıya qoyduğu “dövlətin əsas vəzifəsi insan hüquqlarının qorunmasıdır” prinsipi oldu. Həmin prinsip bu gün də dövlət-vətəndaş münasibətlərində öz aktuallığını qoruyur. Belə ki, bu siyasi və mənəvi Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun şəkildə davam etdirilir.
Azərbaycan bu gün tarixi dönüş nöqtəsini yaşayır; 2020-ci idə baş verən Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri isə bu dönüşün real nəticələridir. Məhz bu tarixi Qələbələr nəticəsində Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazisində bərpa edildi. Prezident cənab İlham Əliyevin “Biz tarixi ədaləti bərpa etdik” sözləri respublikamızın yalnız hərbi uğuru deyil, eyni zamanda dövlətin konstitusiya bütövlüyünün təmin olunmasını ifadə edirdi. Bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin məhz bu mərhələdə elan edilməsi məntiqli və zəruri idi. Ancaq siyasətçilərin bildirdiyi kimi güclü dövlət anlayışı təkcə hərbi və siyasi güclə ölçülmür.
Nəzakət Məmmədova;
Neftçala rayonu

