AYNA bu xidmətlərə görə 13 milyon xərcləməyi planlaşdırır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi işləri ilə əlaqədar hazırlıqlara başlayıb.
BusinessTime xəbər verir ki, bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.
Məlumata əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətinin göstərilməsi işləri nəzərdə tutulub.
Belə ki, qurum bu xidmətin göstərilməsinə görə şirkət axtarışına çıxıb.
Sözügedən işlərin icrasına 13,8 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.


