Dövlət agentliyi 400 min manata 2 avtomobil alır

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi avtomobillər alır.

Qurum 2 ədəd “Chevrolet Tahoe” markalı nəqliyyat vasitəsinin alınması ilə bağlı razılığa gəlib.

Müqavilə “Azərmaş CP” MMC ilə imzalanıb və şirkətə alınacaq nəqliyyat vasitələri üçün 399 min manat ödəniş ediləcək. (Olke.az)