Müəllimlərin orta aylıq maaşı nə qədərdir?

Müəllimlərin orta aylıq maaşı nə qədərdir?

Sertifikasiya imtahanında yüksək nəticə göstərən, yəni 51-dən çox bal toplayan müəllimlərin orta əmək haqqı 1320 manata çatdırılıb.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, bu islahat üçün növbəti il 286.4 milyon manat büdcə vəsaiti nəzərdə tutulub: “2014-cü ilə müqayisədə müəllimlərin orta aylıq əmək haqqı üç dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, vergilər daxil olmaqla, bizim müəllimlərin orta aylıq əmək haqqı 1030 manat təşkil edir”.

iqtisadiyyat.az