Türkiyə mediasında Vüqar Oruc haqqında geniş bioqrafik məqalə yayımlandı

Türkiyə mediasında Vüqar Oruc haqqında geniş bioqrafik məqalə yayımlandı

Qardaş Türkiyənin media platformasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəxri prezidenti, 54 saylı Texniki Komitənin sədri, iqtisadçı-ekspert Vüqar Oruc haqqında geniş bioqrafik məqalə yayımlanıb.

Türkiyənin “Euro Media Gruop” media platformasında dərc olunan “Siyasi yaşamdan qiymətləndirmə sahəsində institusional liderliyə və Türk dünyasında peşəkar əməkdaşlığa uzanan bir bioqrafiya” adlı məqalədə Vüqar Orucun ictimai-siyasi fəaliyyətindən başlayaraq iqtisadiyyat və qiymətləndirmə sektorundakı peşəkar fəaliyyətinə qədər keçdiyi yol ətraflı işıqlandırılıb.

Yazıda onun gənclik illərindəki ictimai fəaliyyətindən, siyasi təşkilatçılıq təcrübəsindən, daha sonra iqtisadiyyat və qiymətləndirmə sahəsinə keçidindən bəhs olunur. Xüsusilə AQC-də rəhbər vəzifələrdə fəaliyyəti, qiymətləndirmə sektorunun institusional inkişafı, milli qiymətləndirmə standartlarının hazırlanması və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi istiqamətindəki təşəbbüsləri diqqətə çatdırılır.

Məqalədə Vüqar Orucun 2017–2022-ci illərdə AQC sədrinin müavini vəzifəsində çalışdığı, 2022-ci ilin may ayında İdarə Heyətinin sədri seçildiyi, 2025-ci ildə isə 2025–2028-ci illər üzrə yenidən bu vəzifəyə seçildiyi qeyd edilir.

Bununla yanaşı, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) formalaşmasında AQC-nin təşəbbüsü və Vüqar Orucun Türk dünyasında qiymətləndirmə sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfələr də məqalənin əsas istiqamətlərindəndir.

Yazıda onun 2025–2027-ci illər üçün Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə yaradılmış Azərbaycan Standartlaşdırma İnstitutunun 54 saylı Texniki Komitəsinə rəhbərlik etməsi, eləcə də Vecon Consulting şirkətinin təsisçisi kimi fəaliyyəti barədə də məlumat verilir.

Məqalənin Türkiyə mediasında yayımlanması Azərbaycan qiymətləndirmə sektorunun nümayəndələrinin beynəlxalq informasiya məkanında tanıdılması və Türk dünyasında peşəkar əlaqələrin inkişafı baxımından diqqətəlayiq hadisədir.

Məqalənin tam versiyası ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://euronetmediagroup.com/siyasi-yasamdan-degerleme-alaninda-kurumsal-liderlige-ve-turk-dunyasinda-mesleki-is-birligine-uzanan-bir-biyografi/