Yeni kompakt smart #2 modelinin dizaynı nümayiş etdirilib

Yeni kompakt smart #2 modelinin dizaynı nümayiş etdirilib

Smart Automobile şirkəti yeni iki yerlik smart #2 şəhər avtomobilinin xarici görünüşünü nümayiş etdirib.

Model 2023-cü ildə istehsaldan çıxarılan smart fortwo-nun varisi olacaq.

Şirkət yeni avtomobil haqqında ilk məlumatı 2024-cü ildə açıqlamış, 2025-ci ilin payızında isə onun adını təsdiqləmişdi. 2026-cı ilin aprelində Çində eyniadlı konsept təqdim olunmuş, ötən ay isə kamuflyajlı prototip nümayiş etdirilmişdi.

Yeni smart #2 modelinin tam təqdimatı 2026-cı ilin oktyabrında keçiriləcək Paris Avtomobil Sərgisi çərçivəsində baş tutacaq.