Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələrini sığortalatdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 90 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 22-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Satınalma çərçivəsində 3 ədəd BMW, 9 ədəd "Hyundai", 1 ədəd "Honda", 1 ədəd "Nissan", 9 ədəd "Mercedes", 15 ədəd "Toyota", 4 ədəd "Lexus" markalı avtomobillər sığortalanacaq. Sığorta xidmətinin təxmini dəyərinin 45 min manat olacağı gözlənilir.


